Ömrü uzadan italyan PƏHRİZİ

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 02:00
Ömrü uzadan italyan


İtaliyada yerləşən Pioppi bütün dünyanın ən sağlam kəndi kimi tanınır. Çünki bu kəndin sakinləri 100 yaşına qədər sağlam ömür sürür. Təbii ki, bunun bir neçə sirri var.

SİVİL.AZ
sizi ömrü uzadan Pioppi pəhrizi ilə tanış edir.

Pioppi xalqı şokolad, yağlı qatıq və qırmızı şərab istehlakı ilə məşğul olur. Bundan başqa dünyanın ən sağlam kəndi kimi daha çox şöhrət qazanıb.

Bazar ertəsi

Səhər yeməyi: Sadəcə, qəhvə, ya da kakos kremi;
Günorta: Göbələkli omlet, hind qozlu qəhvə;
Günortadan sonra: Konserv istridyə, çiyələk, yağlı qatıq, bir ovuc fındıq və darçın;
Axşam: İspanaq və avokadolu bifşteks, 2 dilim tünd şokolad, bir stəkan çay.

Çərşənbə axşamı

Səhər yeməyi:
Təkcə hindqozlu qəhvə;
Günorta: Qızarmış pomidor və hellim (pendir növü), toyuq suyunda tərəvəz şorbası, yağlı balıq və hindqozlu qəhvə;
Axşam: Tərəvəzlərlə birlikdə qızardılmış balıq, iki dilim tünd şokolad və bir stəkan çay.

Çərşənbə

Səhər yeməyi: Hindqozlu qəhvə;
Günorta: Yağlı, hindqozlu və çiyələkli qatıq, bir ovuc fındıq, darçın, sarıkök və hindqozlu qəhvə.

Cümə axşamı

Səhər yeməyi: 2 və ya 3 yumurta, qızarmış balıq, avokado, hindqozlu qəhvə;
Günorta: Kefir və ya hindqozlu smuzi, bir çimdik darçın, sarıkök və nanə;
Axşam: Sızma zeytun yağı ilə hazırlanmış toyuq şorbası, kakos bombası (kakao, darçın, hindqozu yağı, kakos kremi, fındıq) bir stəkan çay.

Cümə

Səhər yeməyi: Basdırmalı yumurta, avokado, hind qozlu qəhvə;
Günorta: Balıq şorbası;
Axşam: Aşağı kalorili pitsa, kakos bombası, bir stəkan çay.

Şənbə

Səhər yeməyi:
Fındıq əzməli omlet, çiyələk və yağlı qatıq, hindqozlu qəhvə;
Günorta: Aralıq dənizi salatı;
Axşam: Qızarmış toyuq, şirin kartof, kakos bombası və bir stəkan çay.

Bazar

Səhər yeməyi: Qızarmış balıq, omlet, avokado və hindqozlu qəhvə;
Günorta: Kefir və ya hindqozlu smuzi;
Axşam: Bişirilmiş balıq, tərəvəz, fındıq.

Pioppi kəndisinin sakinləri hər səhər bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edirlər. (publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz