Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Xəbərin çap versiyası
Tarix: 23-11-2017, 12:45
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?


"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabın 25-i gündüz saatlarınadək davam edəcək".

SİVİL.AZ
xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabrın 23-24-ü bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur: "Bu günlərdə ölkə ərazisində havanın temperaturu gündüz 9-13, gecə 7-9, rayonlarda gecə 3-8, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz