Qripdən necə qorunmaq olar? - 6 MƏSLƏHƏT
Tarix: 4-12-2017, 01:00
SİVİL.AZ sağlamolun.az-a istinadla mütəxəssislərin qripdən qorunmaq üçün tövsiyə etdiyi vasitələri təqdim edir:
1. Qripə qarşı peyvənd (əks-göstərişlər olmadığı halda);
2. Sağlam və tamdəyərli qidalanma (meyvə-tərəvəzlər, süd məhsulları, yarmalar, ət, yumurta). Şirniyyatların qəbulunu məhdudlaşdırın. Sübut olunub ki, şirniyyatların çoxlu miqdarda qəbulu immun sistemini zəiflədir və orqanizmin viris və mikroblara qarşı davamlılığını azaldır;
3. Normal yuxu. Gecə yuxusu 7-8 saatdan az olmamalıdır. Yuxunun az olması orqanizmdə bərpa proseslərini pozur və bizi viruslara qarşı daha zəif edir;
4. Fiziki aktivlik. Araşdırmalar göstərir ki, hətta minimal fiziki aktivlik orqanizmin viruslara qarşı davamlılığını artırır;
5. Evlərin və iş yerlərinin havasının daim nəmləndirilməsi. Qripp virusu quru havada daha uzun müddət ərzində yaşayır və daha sürətlə yayılır;
6. Əllərin tez-tez yuyulması, səthlərin (masalar, qapıların dəstələri, kompüter klaviaturaları və s.) dezinfeksiya vasitələrlə (xüsusi salfetlər və s.) tez-tez silinməsi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər