Xərçəngdən qorunmaq üçün həftədə iki dəfə yeyin

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 01:00
Xərçəngdən qorunmaq üçün həftədə iki dəfə yeyin


Sarımsaq insan sağlamlığı üçün vacib olan ən faydalı qidalar arasında yer alır. Amma onu da istifadə etməyin bəzi incə məqamları var ki, diqqət edilsə, faydası ikiqat artar.

SİVİL.AZ
ailem.az-a istinadla bununla bağlı dietoloq Şəbnəm Kandıralı Yıldırımın məsləhətlərini diqqətinizə çatdırır.

Qida zəhərlənmələrinin qarşısını alır

Elm adamları qida zəhərlənmələrində tez-tez yaşanan Campylobacter jejuni bakteriyasına qarşı antibiotiklər əvəzinə sarımsağın yüz qat daha təsirli olduğunu təyin edib.

Xərçəngin qarşısını alır

Araşdırmalar sarımsaq yeməyin döş xərçəngi riskini azaltmağa yardımçı olduğunu göstərib. Çində aparılan bir araşdırmada həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə tutulma riskinin yarı-yarıya azaldığı aşkarlanıb.

Bəs, sarımsağı necə yemək lazımdır?

Sarımsağı əzilmiş və ya çiy olaraq yemək lazımdır. Əzildiyində hidrogen sulfid daha da aktivləşir ki, bu da qan təzyiqi səviyyəsinin normal qalmasını dəstəkləyir. Bundan başqa ürək üzərində faydalı təsirləri var.

Sarımsağı bişirməyin

Dadını seviriksə, yeməklərə qatıb bişirməkdənsə çiy yemək daha məsləhətlidir. Çünki bişirmə prosesi hidrogen sulfidin yaranmasını əngəlləyir. Pis qoxusu səbəbindən çiy yemək istəməyənlər isə, südlə birlikdə istifadə etsələr, qoxu problemindən qurtularlar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz