Süni böyrək yaradıldı - FOTO

Xəbərin çap versiyası
Tarix: 8-12-2017, 09:30
Süni böyrək yaradıldı -


Böyrəklərin öz funksiyasını yerinə yetirməməsi insan sağlamlığında olduqca ciddi fəsadlar yaradır. Belə olan halda insanlar hemodializə məcbur qalırlar. Bu isə çox uzun və mürəkkəb prosedurdur. Rusiyalı alimlər isə buna çıxış yolu tapdıqlarını iddia edirlər. Belə ki, artıq portativ və özü ilə daşına bilən süni böyrək funksiyasını yerinə yetirən xüsusi aparat hazırlanıb.

SİVİL.AZ
xəbər verir ki, Moskva Elektrotexnika İnstitutunun (MEİ) alimlər qrupu gündə ən çox iki dəfə qanın təmizlənməsi üçün məhlulun dəyişməsini tələb edən aparat hazırlayıblar. Bu isə hazırda tibb sistemində tətbiq edilən iki üsulu - hemodializ və peritoneal dializi əvəz edə biləcək. Hemodializ üsulu ilə qanı ixtisaslaşdırılmış mərkəzlərə göndərir və insan bədənindən kənarda təmizləyirlər. Peritoneal dializ üsulunda isə xəstənin qarın boşluğuna yerləşdirilən xüsusi maye vasitəsilə təmizləyirlər.

Hazırlanan aparat vasitəsilə isə dializəedici məhlulun daimi regenerasiyası ikinci üsulu tətbiq edərək, gün ərzində iki dəfə dəyişdirilməklə həyata keçirilir.

Heyvan modeli üzərində aparatın test sınaqları müvəffəqiyyətli keçib. Son təkmilləşdirmə üsulları bitdikdən sonra aparat tamamilə hazır olacaq.
Xatırladaq ki, bu MEİ tərəfindən yaradılan ikinci süni orqandır. İlk olaraq mütəxəssislər ürək çatışmazlığının ağır formalarından əziyyət çəkən xəstələr üçün "süni ürək" hazırlamışdırlar. (publika.az)

Süni böyrək yaradıldı -


Süni böyrək yaradıldı -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz