Sevgi və şəhvət qidası: hər gün yesəniz..
Tarix: 12-12-2017, 00:20
Mütəxəssislərin fikrincə, yediyimiz qidaların cinsi həyatımıza çox böyük təsiri var. Yediklərimizin aynası olan bədənimizin performansı hər sahədə olduğu kimi, seksdə də əks olunur. Həm daha yaxşı görünmək, həm də daha yaxşı seks həyatına sahib olmağı hər kəs istər. Mütəxəssislər sağlam və nizamlı orqazm ola bilmək üçün hər gün 45-dən çox qida qəbul etməyi məsləhət görür. Üstəlik, əhəmiyyət vermədiyimiz nöqsanlar belə, cinsi arzularımızı azalda bilər.
SİVİL.AZ lent.az-a istinadən xoşbəxt cinsi həyata sahib olmaq üçün lazım olan qidaların siyahısını təqdim edir.
- B vitamini (çörək, qatıq): Şəkər və nişastanı enerjiyə çevirir. Bu da yataqda daha dayanıqlı olmaq deməkdir;
- E vitamini (ispanaq, yulaf, quşqonmaz, yumurta, qabıqlı yemişlər, qara düyü, meyvə): Eyni zamanda seks vitamini kimi də tanınır. Cinsi arzunu artırır;
- Fosfor cinsi arzuya birbaşa təsir edir. Qaranlıqda işıldama zövqünü dadmaq üçün bu möcüzəvi minerallarla dolu yeməkləri yeyin: badam, istirdyə, holland pendiri, buğda kəpəyi, pivə mayası və günəbaxan tumu;
- D vitamini və kalsium (süd, pendir): Həssas pozaları reallaşdırmaq üçün sümüklərinizi gücləndirir;
- Bal pətəyi artırma orqanlarını xəbərdar edir. Pətəyi tabletka kimi udun və ya birbaşa yeməklərə və şirniyyatlara qatın;
- Qəhvə: Amerikalı mütəxəssislərin araşdırmalarına görə, qəhvə içməyənlərlə müqayisədə hər gün nizamlı olaraq bu içkini içənlər cinsi həyatlarında aktiv olurlar. Lakin diqqət edilməli məqam var. Kafein sperma hüceyrələrinə həm sürətləndirici, həm də canlandırıcı olaraq təsir gücünə malikdir;
- Qorxmayın, şokolad yeyin: Şokolad yalnız kafein deyil, eyni zamanda "sevgi və şəhvət qidasıdır". Şokolad hətta eşq molekulu adlandırılan feniletilamin (PEA) də ehtiva edir. Bu, anfetamin olaraq tanınan xəbərdaredicinin təbii formasıdır;
- Qidalanma mütəxəssislərinin fikrincə, sarımsaq, zəncəfil, bibər və soğanla hazırlanan yeməklər qan dövranını sürətləndirir və cinsi arzunu artırır. Lakin yeməkdən sonra ağız spreyi və ya saqqızdan istifadə edin;
- Vegetarianlar (ət və ət məhsulları yeməyən insanlar) burada üstünlük təşkil edir. Cinsi funksiyalar və hormon istehsalı üçün bor çox böyük əhəmiyyət daşıyar. Bor tünd yaşıl yarpaqlı tərəvəzlərdə, meyvələrdə (sitrus bitkiləri istisna olmaqla), qabıqlı bitkilərdə olur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər