Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!

Xəbərin çap versiyası
Tarix: 13-12-2017, 01:00
Qış aylarında bu dərmanlardan


Türk Gepatologiya Dərnəyi İdarə Heyətinin üzvü professor Orxan Sezgin soyuq havada bəzi dərmanların istifadəsinin mənfi nəticələrə gətirib çıxaracağı qənaətindədir.

SİVİL.AZ
xəbər verir ki, həkim ağrıkəsici dərmanların mədə və bağırsaqlara zərər verdiyini bildirib. Bəs mədəyə zərər verən dərmanları istifadə edərkən nələrə diqqət etməli?

Qış aylarında soyuqdəymə, iltihablaşma və qrip kimi xəstəliklərin tez sağalması üçün bəzi dərmanlardan istifadə etmək məcburiyyətində qalırıq.

Sezgin bildirib ki, mövsüm dəyişikliyi ilə əlaqədar olaraq çox isti havalarda ürək-damar xəstəlikləri və hipertoniya kimi problemlər, soyuq aylarda isə əsasən alt və üst tənəffüs sistemi xəstəlikləri şiddətlənir:

"Bahar aylarında mədə və bağırsaq şikayətləri, mədə pozğunluğu və qarın ağrısı problemlərinin artdığını daha çox müşahidə edirik. Bu problemlərin artmasına təsir edən amillər dəqiq bilinməsə də, iqlim dəyişikliyi nəticəsində baş verən təzyiq və ya qidalanma dəyişiklikləri ola bilər.

Orqanizmə təsir edən digər amil isə havaların soyuması ilə ağrı kəsici və qızdırma əleyhinə dərmanlardan istifadənin artmasıdır. Bu məqsədlə ən çox istifadə edilən Non-steroid anti-inflamatuar adlanan revmatizm dərmanları mədə və bağırsaqlara ziyan verə bilmək potensialına malikdir. Bu dərmanların reseptsiz, həddindən artıq istifadəsi mədə və on iki barmaq bağırsağında xora inkişafına, qanaxmaya və ya deşilmə kimi ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur".

Professorun sözlərinə görə, havalar soyuyanda lazımsız ağrı kəsici və revmatizm dərmanlarının istifadəsindən uzaq durmaq və onları həkim nəzarəti altında istifadə etmək lazımdır. (publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz