Bürclər - 13 DEKABR
Tarix: 13-12-2017, 00:05
SİVİL.AZ 13 dekabr tarixi üçün ulduz falını təqdim edir:
Qoç - Emosional fon gərgindir, bunun nəticəsində yaxınlarla münasibətlərdə çətinliklər yaranır. Hələlik onlar xırdadır, az narahatlıq yaradır, ancaq bəziləri üçün elə bu da kifayətdir ki, gələcəyi fikirləşsinlər, "köhnəlmiş" əlaqələri yenisiylə əvəz etməyə çalışsınlar. Ancaq bu istiqamətdə getməyə az adamın cəsarəti çatır. Yaxşılığa doğru dəyişikliklər olacağına ümidinizi itirməyin. Nikbinlik və istənilən hadisənin yaxşı bitəcəyinə inam bir növ uğuru cəlb edən həmayilə çevrilir.
Buğa - Çoxları hövsələsizlik edir, ətrafındakılara qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürürlər. Uzun müddət yaxşı münasibətdə olduqlarını nümayiş etdirən insanlar tez-tez mübahisə edirlər. İri sövdələr bağlamaq məsləhət deyil. Xidmət, həmçinin tibb və daşınmaz əmlak sahəsində çalışan işçilərin işi daha çətin olacaq.
Əkizlər - Əhvalınız da, işgüzar aktivliyiniz də yerlə sürünür. Sizi doğrudan da maraqlandıran bir məşğuliyyət tapa bilmirsiniz. Adəti əyləncələr də sevindirmir. Tərs kimi, ağlınıza da yeni heç nə gəlmir. Dostlarınız və ya ailə üzvlərinizlə qurduğunuz bir çox planlar gerçəkləşməyəcək və çox güman ki, bunda elə sizin özünüzü günahlandıracaqlar. Maliyyə vəziyyətiniz yaxşı deyil, alacağınız gecikir, qənaət etmək gərəkdir.
Xərçəng - Yüksək işgüzar aktivliyinizlə seçilmirsiniz. Məşğul olduğunuz heç bir iş sizdə maraq doğurmur. Çox böyük məmnuniyyətlə öz vəzifələrinizi kiməsə tapşırardınız, ancaq belə bir "hədiyyə"ni xoşluqla qəbul edəcək adam yoxdur. İşgüzar danışıqlar, ümumiyyətlə ciddi məsələlərin həlli üçün münasib gün deyil. Məişət texnikasının qırılması, rabitə vasitələrinin sıradan çıxması mümkündür. İri alış-veriş məsləhət deyil.
Şir - Bu gün işgüzar ünsiyyət üçün münasib deyil, danışıqları təxirə salmaq, görüşlərin vaxtını dəyişmək lazımdır. Vacib qərarlar qəbul etmək olar, ancaq bir şərtlə: siz kimsənin sizə təzyiq göstərmədiyindən, sizi idarə etmədiyindən tam əmin olmalısınız. Şəxsi münasibətləri qaydasına salmaq şansı yaranır. Bunun üçün müşahidəçillik gərək olacaq. Ətrafdakıların əsl hissləri barədə onların mimikaları, jestləri, hərəkətlərinin xüsusiyyətləri xəbər verir - hamı sözü dolandırır, birbaşa demir.
Qız - Emosional fon mürəkkəb və qeyri-sabitdir. İş təkcə əhvalınızın tez-tez dəyişməsində deyil, problem daha ciddidir. Sizi mənfi emosiyalar bürüyüb, amma onların əsl səbəbini tapa bilmirsiniz. Bu səbəbdən yanınızda olan hər kəs sizə günahkar görünür. Sizin üçün çox əziz olan insanları incidə bilərsiniz. Günün ikinci yarısı vəziyyət bir qədər yaxşılaşacaq: özünüzü ələ alacaq, baş verənlərə daha soyuqqanlı yanaşacaqsınız. Çoxdan tanıdığınız bir xanımla açıq söhbət əvvəllər fikir vermədiyiniz faktlara başqa cür yanaşmağınıza imkan verəcək.
Tərəzi - Narahat gündür, işləriniz çox, vaxtınız az olacaq. İşdə hansısa məsələnin həllində çətinlik yarana bilər. Çünki güvənməyə alışdığınız adam özünü sizin heç istəmədiyiniz tərzdə aparır. Peşəkar mövqeyiniz laxlaya bilər: bu, gizli düşmənlərinizin fəaliyyətinin nəticəsidir. Yaxınlarınız sizə dəstək olur, tərifləyirlər, ancaq indiki vaxtda bu sizə azlıq edir, real, eyni zamanda maddi köməyə ehtiyacınız var. Günün ikinci yarısı yeni, maraqlı perspektivlər açılacaq, əsas odur, özünüzü itirməyəsiniz.
Əqrəb - Böyük qələbələr qazana bilərsiniz. Əgər ambisiyalısınızsa, diqqətinizi işə yönəldin, qazanacağınız nailiyyətlər karyeranın ən yüksək pilləsi üçün bütün yollarınızı açacaq. Tərəfdaşı düzgün seçmək çox vacibdir: unutmayın ki, bu gün həyatınızda peyda olan insanlar orada vacib rol oynayacaqlar. Şəxsi münasibətlər baxımından da gözəl gündür. Əqrəblər özləri üçün qiymətli olan insanlarla yaxşı anlaşır, yalqız olanlar isə asanlıqla maraqlı tanışlar tapırlar. Səfərlərdən imtina etməyin: yolda sizi xeyli romantik məqam gözləyir.
Oxatan - İldırım sürətilə öhdəsindən gələcəyinizi zənn etdiyiniz məsələnin həlli gözlənilmədən çətinə düşür. İşi bitirmək üçün, çox güman ki, kimisə köməyə çağırmalı olacaqsınız. Əgər bu gün səfərə hazırlaşırsınızsa, onun təxmin etdiyinizdən daha yorucu və uzun olacağını nəzərə alın. Ailədə münasibətlər bir qədər gərilib, qarşılıqlı anlaşma mübahisələr və münaqişələrlə pozulur. Bu xoşagəlməz dəyişmələrin səbəbini isə anlamırsınız. Bəzi Oxatanlar bütün günü heç sevmədikləri bir adamla keçirməli olacaqlar.
Oğlaq - Parlaq, yaddaqalan, amma o qədər də uğurlu olmayan gündür. Emosional, coşğunsunuz, amma düzgün qərar vermək üçün kifayət qədər diqqətli deyilsiniz, üstəlik, götür-qoy etmək fikriniz yoxdur. Bu gün aldığınız iş təklifləri əsl araşdırma tələb edir, onlara tələsik razılıq vermək olmaz. Bu, eyni zamanda sövdələşmələrə və vacib sənədlərin imzalanmasına da aiddir. Ünsiyyətdə problemlər yarana bilər. Müsahibinizi eşidib, onu düzgün başa düşmək heç də həmişə müyəssər olmur. Ailə üzvləri ilə mübahisələr mümkündür. Bəzən adi, əhəmiyyətsiz məsələnin müzakirəsi qızğın münaqişəyə çevrilir.
Dolça - Günün birinci yarısını xoş, amma faydasız fantaziyaların əsarətində keçirəcəksiniz. Sizə elə gəlir ki, arzularınızın gerçəkləşməsi mümkündür, sadəcə, gözləmək lazımdır. Ancaq planlarınız qeyri-real, gözləntiləriniz isə əsassızdır. Ətrafınızdakıların hərəkətlərini yanlış interpretasiya edir, insanların ayağına reallığa aidiyyatı olmayan hiss və fikirlər yazırsınız. İtkilərdən qaçmaq olar, bunun üçün vacib qərarlar verməyin, aktiv hərəkətlərdən çəkinin. Yaxşı olar ki, çətin də olsa, bu günü istirahətə və gücünüzün bərpasına həsr edəsiniz.
Balıqlar - İşlər düzəlir, müsbət tendensiyaların təsiri artır. Əvvəllər etdiyiniz səhvləri aradan qaldırmaq şansı yaranır. Sizi intuisiyanız idarə edir, bu səbəbdən səhv etmir, yeni layihələrdə ehtiyatlılıq göstərirsiniz. Yaradıcı potensialınız artır, yaxşı ideyalar da çoxalır. İrəliyə doğru can atın və hər şeyin alınacağına şübhə etməyin. Gücünüzü düzgün hesablayın, enerjiniz hələ istədiyiniz qədər çox deyil. Orqanizminizi yormayın, ağır fiziki işlə onu yükləməyin.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər