Azərbaycan Sosial Proqres İndeksində yoxdur

Xəbərin çap versiyası
Tarix: 18-09-2019, 12:51
Azərbaycan  Sosial Proqres İndeksində yoxdur


Dünya üzrə sosial proqresdə yaxşılaşma var. 2014-cü ildən bəri dünyada ortalama göstərici 62,16 baldan 64,47-yə yüksəlib, sosial proqresin 12 komponentindən 8-i üzrə yaxşılaşma qeydə alınıb. Ümumilikdə 149 ölkədən 137-də sosial proqres üzrə təkmilləşmənin olduğu bildirilir.

CİVİLAZERBAİJAN.COM bildirir ki, ancaq Sosial Proqres İndeksində Azərbaycan üzrə göstəricilər yer almayıb.

Qonşulardan Gürcüstan 71,34 balla 56, Ermənistan 71,14 balla 59-cu yeri tutub.

Rusiya 69,71 balla 62, İran 65,15 balla 86-cı yerdədir.

ABŞ 83,62 balla 26-cı yerdədir. Birləşmiş Ştatlarda mənfi tendensiya gedib, balı 84,74-dən 83,62-yə düşüb.

Builki reytinqdə birinci yeri 90,95 balla Norveç tutub.

88,84 balla 8-ci olan Almaniya Böyük Yeddiliyin aparıcı ölkəsidir.

İqtisadi inkişafla sosial proqres arasında aydın əlaqə olmasına baxmayaraq, bu əlaqə əhəmiyyətli dərəcədə dəyişir. Yəni, bir ölkənin gəliri heç də həmişə sosial proqresin səviyyəsində əks olunmur, özəlliklə də orta və aşağı gəlirli ölkələrdə.

Müqayisə üçün neftlə zəngin Səudiyyə Ərəbistanı 63,95 balla 90-cı yeri tutub. Reytinqdə 4-cü qrupa orta və azgəlirli ölkələr salınıb. Ancaq Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman və Səudiyyə Ərəbistanı da bu qrupda yer alıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz