Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı: kim kimin rəqibi oldu?

Xəbərin çap versiyası
Tarix: 16-12-2019, 21:49
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı: kim kimin rəqibi oldu?


Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

CİVİLAZERBAİJAN.COM
xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbir saat 15:00-da başlayıb. Püşk zamanı komandalar iki səbətdə yer alıb.

Püşkün nəticəsinə əsasən, İspaniyanın “Real” klubu “Mançester Siti” ilə qarşılaşacaq. PSJ isə Dortmund “Borussiya”sına rəqib olub.

İngiltərənin digər təmsilçilərindən olan “Liverpul” “Atletiko”, “Çelsi” isə “Bavariya” ilə qarşılaşacaq.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

Çempionlar Liqası, 1/8 final mərhələsi

Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa)
Real (İspaniya) – Mançester Siti (İngiltərə)
Atalanta (İtaliya) – Valensiya (İspaniya)
Atletiko (İspaniya) – Liverpul (İngiltərə)
Çelsi (İngiltərə) – Bavariya (Almaniya)
Lion (Fransa) – Yuventus (İtaliya)
Tottenhem (İngiltərə) – Leyptsiq (Almaniya)
Napoli (İtaliya) – Barselona (İspaniya)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz