Müəmmalı təyinat, gizli aşk - "Premium Hotel"də nə baş verir?

Xəbərin çap versiyası
Tarix: 26-05-2022, 01:28


Azərbaycanda son illər qeyri-neft sektoru - konkret olaraq turizm sahəsi böyük sürətlə inkişaf etməkdədir. Dünyanın müxtəlif ölkələrindən hər il ölkəmizə axın edən insanların – turistlərin rahat istirahət etmələrini şərtləndirən vacib amillərdən biri də otelçilik sahəsidir. Turizm sektorunun ən mühüm xidmət elementlərindən olan otelçilikdə ciddi nailiyyətlər əldə olunub. Bu gün Azərbaycanın bütün iri şəhər və strateji rayonlarında ən müasir standartlara uyğun otellər fəaliyyət göstərməkdədir.

Civilazerbaijan.com
xəbər verir ki, bu cür otellərdən biri də Gəncə şəhərində yeni sitifadəyə verilən "Premium Hotel"dir. Ölkənin ikinci böyük şəhəri olan, dövlətçilik tariximizdə əhəmiyyətli rol oynayan və bu gün də bir çox respublika və regional səviyyəli tədbirlərin keçirildiyi Gəncə şəhərində müasir standartlara cavab verən bu cür otelin inşa edilərək istifadəyə verilməsi ölkəyə qonaq gələn insanların məmnuniyyət hissini artırmaqla yanaşı, eyni zamanda da xeyli sayda vətəndaşı daimi işlə təmin edir. Əlbəttə ki, bu oteldə baş verən bəzi proseslər olmasa...

Civilazerbaijan.com-un əldə etdiyi məlumata görə "Premium Hotel" vizual görünüşü, texniki keyfiyyətləri ilə müasir olsa da, buranın rəhbərliyi arasında baş verən hadisələr orta əsr şərq saraylarında baş verən qalmaqallı sevgi hekayətlərindən heç də fərqlənmir. Belə ki, bir zamanlar digər yerlərdə texniki işlərdə çalışan, idarəçilik-hotelçilik sahəsində minimal anlayışı olmayan Sabirə adlı xanımın müəmmalı formada Hotelin direktor müavini təyin edilməsi işçilər arasında müəyyən söz-söhbətə yol açıb.

"Premium Hotel"-in kluarlarında günü-gündən dolaşan pıçhapıç az keçmir ki, Gəncə şəhərinə yayılmağa başlayır. Yayılan söz-söhbətlərdə Hotelin rəhbəri Rasim Məmmədovla Sabirə xanım arasında işdən kənar "münasibətlərin" də olduğu iddia edilir. Məlumatda qeyd edilir ki, "Premium Hotel"-də baş verənlərdən tezliklə otelin direktoru Rasim Məmmədovun qohumları-dostları da xəbər tutur. Gəncə kimi heç də böyük olmayan bir şəhərdə hansısa bir hadisənin təfərratlarının sürətlə yayılması əlbəttə ki, normaldır.

Yayılan söz-söhbət Hotelin direktorunun ailəsi tərəfindən şiddətlə qınandığı bildirlir. Hətta məsələyə Hotelin direktoru Rasim Məmmədovun atası, Kəlbəcər camaatı arasında nüfuz sahib olan Eldar müəllim müdaxilə edərək oğlundan Sabirə xanımın direktor müavini vəzifəsindən çıxartmasını istəyir. Rasim Məmmədov atasının bu istəyini həyata keçirsə də, qısa zamandan sonra Sabirə xanımı yenidən özünə müavin təyin edir.

Sabirə xanım işdən kənarlaşdırılan zaman otelin işçilərinə "Məni buradan heç kim uzaqlaşdıra bilməz, tezliklə işimə qayıdacam" deməsi, sonradan isə onun həqiqətən də işinə dönməsi dolaşan söz-söhbətlərdə həqiqət payının ağırlığının bariz nümunəsi sayıla bilər. Rasim Məmmədov ona bu qərarı nə üçün verdiyini soruşan ətrafındakı insanlara bunu qonşu rayonların birində uzun illərdir böyük bir idarənin müdirinin xahişi ilə etdiyini deyir.

Əldə etdiyimiz məlumata görə R.Məmmədovdan Sabirə xanımın xahişini edən, daha doğrusu, "Premium Hotel"-də Sabirə xanıma "krışalıq" edən İdarə müdiri də əslən Kəlbəcər rayonundandır. Həmin idarə müdiri ilə də Sabirə xanımın arasında çox isti münasibətlərin olduğu bildirilir. Bu istiqamətdə bəzi dəqiqləşdirmələr aparırıq və bu barədə növbəti saylarımızda oxucularımıza məlumat verəcəyik.

Qeyd edək ki, 4 ulduzlu "Premium Hotel"-də 24 saat resepsiyon xidmət göstərir. Terras və barı olan otel müştərilərinə eyni zamanda ailə otaqları da təklif edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz