Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsinə görə etiraz aksiyası - VİDEO

Xəbərin çap versiyası
Tarix: 3-09-2020, 14:29
Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsinə görə etiraz aksiyası -


Bakının Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun barəsində hökm çıxararaq onu ciddi rejimli koloniyada saxlanılmaqla 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edib. Bununla da hakim Nəriman Mehdiyev T.Yaqublunu silah kimi əşyadan istifadə etməklə xuliqanlıqda (CM-in 221.3-cü maddəsi) təqsirli bilib.

CicilAzerbaijan.com
bildirir ki, ötən gün prokuror onun 4 il, 6 ay müddətinə həbs edilməsini istəmişdi.

Xatırladaq ki, bu il martın 22-də T.Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı T.Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də T.Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. T.Yaqublu bu özbaşınalığa etiraz olaraq aclığa başlayıb.

T.Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmişdi. 2019-cü ilin oktyabrında isə icazəsiz aksiyada iştirakına görə həbs edilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi hökmü “rejimin siyasi qisası” adlandırıb.

Hakimiyyət bütün qırmızı xətləri keçib, artıq üçüncü dəfədir ki, T.Yaqublunu uzun müddətə azadlıqdan məhrum edib. O, atasının başladığı aclığa görə səhhətilə bağlı narahatlığını ifadə edib.

Əvvəlki həbs dövründə T.Yaqublunun sağlamlığı xeyli zəifləyib. 2019-cu ilin yanvarında bloger Mehman Hüseynova dəstək olaraq uzun müddət aclıq edib, daha sonra həmin ilin oktyabrında mitinqdən sonra işgəncələrə məruz qalıb, sonra isə əməliyyat keçirib.

“Əgər ona bir şey olarsa, məsuliyyəti şəxsən İlham Əliyev daşıyacaq”, - N.Həzi deyib.

“Bütün diktatorlar xalqlar qarşısında acizdir və Yaqubluya qarşı işin saxtalaşdırılmasında əli olanların hamısı nə vaxtsa öz cəzasını alacaq”,- o qeyd edib.

Məhkəmə qarşısına toplaşan fəallar “Azadlıq!”, “İstefa!” şüarlarını səsləndiriblər. Çoxsaylı polis qüvvələri toplaşanları binadan sıxışdırmağa başlayıb.

Müsavat Partiyasının lideri Arif Hacılı hökmü “ədalətsiz” adlandırıb.

“Tofiq Yaqublu, əlbəttə ki, cinayət törətməyib və cinayət işi onun siyasi fəaliyyətinə görə qisasdır. Bugünkü hökm bir daha göstərdi ki, Azərbaycanda hüquqi nihilizm hökm sürür, ədalət mühakiməsi sistemi tamamilə iflasa uğrayıb, hakimiyyətin dialoq haqda bəyanatı isə boş söhbətdən başqa bir şey deyil. Bu hökm hakimiyyətin cəmiyyətlə qarşıdurmaya getdiyini göstərdi”, - A. Hacılı deyib.

Hakimiyyət səhərdən məhkəmə binası ətrafında yüzlərlə polis yerləşdirib. “Müxalifətə, Müsavat Partiyasının üzvlərinə hətta küçədə dayanmağa imkan verilmir. Lakin 21- ci əsrdə hakimiyyətin cəmiyyətə belə münasibəti uzun ola bilməz”, - A.Hacılı deyib və T.Yaqublunun tezliklə azadlığa çıxacağına əminliyini ifadə edib. (Turan)
]



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz