Lerikdə avtobus qəzaya uğrayıb: 8 nəfər ölüb, 8 yaralı var - ADLAR

Xəbərin çap versiyası
Tarix: 4-09-2022, 21:16


Azərbaycanın Lerik rayonunda (Bakıdan 292 kilometr cənub) avtobus qəzaya uğrayıb.

Civilazerbaijan.com
bildirir ki, TƏBİB-in məlumatına görə, hadisə Lənkəran-Lerik yolunda Günəşli kəndi ərazisində baş verib.

Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində baş verən qəzada 8 nəfərin həlak olduğu, 8 nəfərin də yaralandığı bildirilir.

Ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.

Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.


Xəstəxanadan verilən məlumata görə, hazırda 8 yaralıdan sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.

Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.

İlkin məlumata görə, qəza mikroavtobusun əyləcinin işləməməsi səbəbindən baş verib.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz