Araik Arutyunyan Moskvaya gedib və istefa verməkdən imtina edib?

Xəbərin çap versiyası
Tarix: 25-03-2023, 15:08


Separatçıların lideri Araik Arutyunyan bir neçə gün əvvəl Moskvadan qayıdıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ermənistanın "Qrapark" nəşri öz mənbələrinə istinadən xəbər verib.

O, Moskvada bir sıra görüşlər keçirib. Qayıtdıqdan sonra yaxın ətrafını toplayıb və onun istefası məsələsinin təxirə salındığını və yaxın gələcəkdə "prezident seçkiləri olmayacağını" deyib.

"O, həmçinin deyib ki, uzunmüddətli və amansız qarşıdurmaya hazırlaşmaq lazımdır - atəşə atəşlə cavab vermək, diversiya cəhdlərinin qarşısını almaq və diversiyaçıları məhv etmək, Qarabağda normal həyatı bərpa etmək, alternativ yolu işə salmaq və kiçidən-böyüyə silahlanaraq, gözlənilən müharibəyə hazırlaşmaq lazımdır".

Turanın məlumatında qeyd olunur ki, "eyni zamanda, o, ermənilərin qarşısında iki yol olduğunu deyib - ya Qarabağdan getmək, ya da müstəqilliyi qoruyub saxlamaq üçün mübarizə aparmaq, lazım olsa həlak olmaq. Azərbaycanla inteqrasiya variantı istisna edilir", deyə nəşr yazır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz