Qubad İbadoğlunun ayağına elektron qolbaq taxılıb

Xəbərin çap versiyası
Tarix: 6-05-2024, 14:51


Sumqayıtda polis əməkdaşları məhkəmənin qərarını icra edərək ötən ay ev dustaqlığına buraxılan Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun ayağına onun hərəkətlərinə məsafədən nəzarət etməyə imkan verən elektron qolbaq bağlayıblar.

Civilazerbaijan.com
bildirir ki, qərar mayın 4-də icra olunub.

Q.İbadoğlunun qanuni təmsilçiləri deyirlər ki, Azərbaycanda elektron nəzarət hətta məhkəmə qərarı ilə də nisbətən az hallarda tətbiq olunur. Onun qardaşı Qalib Toğrul məsələ ilə bağlı bunları deyib: "Gördüyünüz kimi, qardaşıma xüsusi münasibət göstərilir. Polis Qubadoğlunun istintaq təcridxanasında 9 ay saxlandığı zaman zədələnmiş ayağını bu cür "müalicə" edir".

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, bu açıqlamaya Azərbaycanın rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz