Monakodakı sui-qəsddə şübhəli bilinən qadının meyiti Kiyevdə tapılıb

Xəbərin çap versiyası
Tarix: Bu gün, 17:11


Monakoda sanksiyaya məruz qalmış ukraynalı iş adamı Vadim Yermolayevə qarşı həyata keçirilən sui-qəsd cəhdində şübhəli bilinən qadının meyiti Kiyev yaxınlığında aşkarlanıb.

Civilazerbaijan.com
bildirir ki, hadisə ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, qadının meyiti iyulun 6-da, saat 23:00 radələrində torpağa basdırılmış vəziyyətdə tapılıb. Mənbələrin sözlərinə görə, qadın odlu silahla öldürülüb. Bildirilir ki, o, 2025-ci il martın 22-dən 2026-cı il iyulun 1-dək Ukrayna hüdudlarından kənarda olub.

Hüquq-mühafizə orqanlarındakı digər mənbənin məlumatına əsasən, cinayət işi çərçivəsində iki nəfər saxlanılıb. Onlardan biri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin fəaliyyətdə olan zabiti, digəri isə keçmiş hüquq-mühafizə orqanı əməkdaşıdır.

Xatırladaq ki, iyunun 29-da Monakoda baş vermiş partlayış nəticəsində azı üç nəfər yaralanmışdı. Yaralananlar arasında sanksiyaya məruz qalmış ukraynalı iş adamı Vadim Yermolayev də olub. Onun yanında olan qadın isə ağır xəsarətlər alıb.

İyulun 3-də İnterpol Monakoda partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinən Ukrayna vətəndaşı Anastasiya Berezovskayanın beynəlxalq axtarışa verildiyini rəsmən elan edib. İstintaqın versiyasına görə, partlayış nəticəsində Vadim Yermolayev və ailə üzvləri yaralanıblar.

İyulun 4-də isə Vadim Yermolayevin komadan ayıldığı və vəziyyətinin müsbət dinamika göstərdiyi bildirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz