İran geyim tərzini dəyişir?
Tarix: 4-05-2017, 00:20
İran 30 beynəlxalq geyim istehsalçısına (brendə) ölkə bazarına daxil olmaq icazəsi verib.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Tehran geyim istehsalçıları birliyinin rəhbəri Abolkasem Şirazi deyib.
O, İran bazarına daxil olacaq geyim brendlərinin adını çəkməyib.
Qeyd edək ki, bundan əvvəl İranın gömrük administrasiyası fiziki şəxslərə paltar, geyim əşyaları gətirməyi qadağan etmişdi. Qaydalara əsasən İrana yalnız qeydiyyatdan keçmiş firmalar və ya onların nümayəndələri geyim idxal edə bilərlər.
İranda satılan geyim əşyalarının 90 faizi isə ölkəyə qaçaqmalçılıqla gətirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər