IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi 55 ölkədə izlənilib
Tarix: 13-05-2017, 11:41
“Liviya maliyyə çətinliklərinə görə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edə bilməyib”.
SİVİL.AZ-ın xəbərinə görə, bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd İslamiada ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Sudanın yarışlarda iştirak etməməsinin səbəbi isə hələ aydın deyil: “Küveytdə müəyyən hazırlıq işləri görülmüşdü. Onlar müstəqil idmançı kimi yarışda iştirak edə bilərdilər. Lakin təəssüf edirik ki, bu üç ölkə yarışlarda iştirak edə bilmədi”.
M. Lond deyib ki, İslamiadada ən böyük komanda Azərbaycana məxsusdur: “Yarışlarda iştirak edən azərbaycanlı idmançıların sayı 400-dən çoxdur”.
O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi dünyanın 55 ölkəsində izlənilib. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər