Polis işdən kişi kimi qovuldu, qadın kimi qayıtdı - FOTO
Tarix: 14-05-2017, 00:05
Argentinada maraqlı hadisə baş verib.
SİVİL.AZ xəbər verir ki, kişi kimi işdən qovulan polis qadın kimi geri qayıdıb.
Belə ki, Analia Pasantino adlı polis əməkdaşı homoseksual olduğunu anlayıb və polis təşkilatına müraciət edərək cinsiyyətini dəyişdirmək istədiyini bildirib. Buna görə 2008-ci ildə onu polislən qovublar.
Fikrini dəyişməyən Pasantino cinsiyyətini dəyişərək qadın olub. Bundan sonra isə məhkəməyə müraciət edib. Məhkəmə iddiasını qazanaraq Cənubi Amerikada ilk transseksual polis adını qazanıb.
Qeyd edək ki, bənzər hadisə Şotlandiyada baş vermişdi. Belə ki, Jan Hamilton adlı transsfekual da polis olmuşdu. ("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər