Rus qızlar ən çox hansı millətdən olan kişilərlə ailə qurur?

Xəbərin çap versiyası
Tarix: 13-05-2017, 22:39
Rus qızlar ən çox hansı millətdən olan kişilərlə ailə qurur?


Rusiyada əcnəbilərlə qurulan nikahların sayı artır. Ən çox nikahlar isə keçmiş sovet ölkələrinin vətəndaşları ilə bağlanır.

Təkcə Saratov vilayətində ötən bir il ərzində əcnəbilərlə 630 belə nikah bağlanıb.

SİVİL.AZ xəbər verir ki, bu vilayətdə rusların ailə qurduğu əcnəbilərin əksəriyyəti Azərbaycan, Ermənistan, Qazaxıstan vətəndaşlarıdır. Bundan başqa, 4 alman, 1 fransız və 1 ingilislə də nikah bağlanıb.

Saratov VVAQ İdarəsinin rəhbəri Yuliya Ponomaryovanın sözlərinə görə, nikaha girənlər əsasən 25-34 yaş arası şəxslərdir. Bu yaşdan öncə nikaha isə çox nadir hallarda rast gəlinir. (Virtualaz.org)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz