Gürcüstanın sabiq baş prokuroru Dövlət Audit Xidmətinin rəhbərini döyüb
Tarix: 13-05-2017, 23:40
Gürcüstanın Dövlət Audit Xidmətinin rəhbəri Laşa Tordiya hücuma məruz qalıb.
SİVİL.AZ xəbər verir ki, qurumun rəhbəri bildirib ki, hadisə mayın 12-də paytaxt Tbilisidə fəaliyyət göstərən "El Centro" gecə klubunda baş verib.
Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən L.Tordiya bəyan edib ki, ona hücum çəkən sabiq baş prokuror Otar Partsxaladzedir.
Hazırda Gürcüstanın baş auditoru həkim nəzarəti altında saxlanılır. (APA)
Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, O.Partsxaladze 2013-cü ilin noyabrında baş prokuror vəzifəsinə təyin edilsə də, həmin ilin dekabr ayında istefaya göndərilib. Buna səbəb onun 2001-ci ildə Almaniyada oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunmasıdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər