ABŞ dəhşətli virusun “dərmanı”nı dünyaya təklif edir
Tarix: 14-05-2017, 10:13
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi “VannaKray” virusu ilə mübarizədə bütün ölkələrə yardım etməyə hazırdır.
SİVİL.AZ xəbər verir ki, bu barədə bəyanatı nazirliyin özü yayıb. Nazirlik mart ayında virusa qarşı xüsusi sistemin hazırlandığını və bunun virusun təhdidlərini ortadan qaldırdığını bildirib.
Qeyd edək ki, dünən dünyanın 74 ölkəsinə kiberhücum olub. Nəticədə “VannaKray” virusuna yoluxan əksər kompüterlər bloklanıb və ekranlarda blokun açılması üçün ödəniş tələb olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər