Müdafiə nazirinin evi yandı - FOTOLAR
Tarix: 14-05-2017, 17:33
Tallinin Nımme rayonunda Estoniya müdafiə naziri Marqus Tsaxknanın evində yanğın olub.
SİVİL.AZ-ın məlumatına görə, müdafiə nazirinin qonşusu evin hava istilik nasosunda və divarın üzlüyündə yanğını görüb, dərhal M. Tsaxkna və ailə üzvlərini yuxudan oyadıb, yanğınsöndürənlərə zəng edib. Yanğınsöndürənlərə evdə yanğın olması barədə məlumat yerli vaxtla saat 4.45 radələrində daxil olub. Xilasedicilər hadisə yerinə çatan zaman evin damına keçmiş yanğını söndürmək üçün dam sökülüb. Yanğın zamanı müdafiə naziri və ailə üzvləri xəsarət almayıb.
M. Tsaxkna Facebook sosial şəbəkəsindəki səhifəsində yanğın barədə onları dərhal məlumatlandıran qonşusuna və yanğınsöndürənlərə minnətdarlığını bildirib. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər