Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olunub

Xəbərin çap versiyası
Tarix: 15-05-2017, 17:48
Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olunub


Ermənistanda əsgər yoldaşını qətlə yetirən hərbçi saxlanılıb.

SİVİL.AZ xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir ki, 1997-ci il təvəllüdlü Arman Akopyan kiçik çavuş Qaqik Mesropyanı qətlə yetirməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, qətl hadisəsi mayın 10-da baş verib.

Səhər saatlarında əsgər Qaqik Mesropyana döyüş postunda odlu silahdan atəş açılıb, o hospitala aparılarkən yolda ölüb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz