Polisin əlindən ölkədən qaçan, jurnalistin səhvi ilə tutulan milyonçu

Xəbərin çap versiyası
Tarix: 17-05-2017, 12:02
Polisin əlindən ölkədən qaçan, jurnalistin səhvi ilə tutulan milyonçu


Kiber təhlükəsizlik sahəsində adını tarixə yazdıran amerikalı proqramçı və biznesmen Con Makafinin film kimi həyat hekayəsi əsasında film çəkilir.

SİVİL.AZ-ın məlumatına görə, Kaliforniyanın San Jose şəhərində adi bir proqramnçı olaraq çalışarkən öz kiber təhlükəsizlik şirkətini quraraq adını milyonerlər siyahısına yazdıran Conun obrazını aktyor Conni Depp canlandıracaq. "King of te Jungle" ("Cəngəlliyin kralı") adlı film qara yumor janrında olacaq.

1987-ci ildə yaratdığı "McAfee Association" kiber təhlükəsizlik şirkəti 1991-ci ilin əvvəlində ortaya çıxan Mikelancelo virusunun qarşısını aldıqdan sonra populyarlıq qazanır. Şirkətdəki hissələrini 1994-cü ildə sataraq milyoner olan Makafinin həyatı o andan etibarən köklü şəkildə dəyişir.

2008-ci ildə ortaya çıxan böhranda nəticəsində sərvətinin böyük bir hissəsini itirən Con Beliz şəhərinə yerləşir və orada özünə bir malikanə inşa etdirir. Lakin qonşusunun öldürülməsindən sonra birinci dərəcəli şübhəli olaraq bilinən Makafi polislərə yaxalanmamaq üçün evinin baxçasında quyu qazaraq bir müddət orada gizlənir, daha sonra isə Qvatemalaya qaçır. Burada müsahibə verdiyi jurnalistin telefonunda GPS-i unudaraq açıq saxlaması səbəbindən Qvatemala polisi onun yerini tapır və yenidən ABŞ-a deportasiya edilir.

2013-cü ildə verdiyi müsahibəsində anti-virus proqramlarından istifadə etmədiyini bildirən milyonçu öz təhlükəsizlik metodlarından bəhs edib:

"Tez-tez İP ünvanımı dəyişdirirəm. cihazlarda öz adımı istifadə etmirəm və pornoqrafiya saytları kimi virusyayma riski yüksək olan saytlara daxil olmuram. Əgər biri mənə link göndərirsə həmin şəxsin o olduğundan əmin olmadan onu açmıram. Qəribə gələ bilər, amma başqa birinin hazırladığı proqrama güvənməkdənsə öz düşüncələrimə və cihazlarıma güvənirəm". ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz