Nyu-Yorkda avtomobil böyük sürətlə piyadalara çırpılıb

Xəbərin çap versiyası
Tarix: 18-05-2017, 21:43
Nyu-Yorkda avtomobil böyük sürətlə piyadalara çırpılıb


ABŞ-da avtomobilin yoldan çıxaraq səkiyə çırpılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

SİVİL.AZ xəbər verir ki, hadisə Nyu-York şəhərindəki "Times meydanı"nda qeydə alınıb.

Şahidlər sürücünün avtomobili qəsdən adamların üzərinə sürdüyünü və hadisədən sonra polisin bir nəfəri həbs etdiyini bildiriblər.

Hadisənin yol qəzası, yoxsa terror aktı olması ilə bağlı araşdırma aparılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz