İranda prezident seçkiləri keçirilir

Xəbərin çap versiyası
Tarix: 19-05-2017, 10:31
İranda prezident seçkiləri keçirilir


Bu gün İranda prezident seçkiləri keçirilir.

SİVİL.AZ xəbər verir ki, Bakı vaxtı ilə 07:30-da başlayan səsvermədə 4 namizəd iştirak edir.

Namizədlər arasında hazırkı prezident Həsən Ruhani, keçmiş baş prokuror İbrahim Rəisi, sabiq sənaye naziri Mustafa Haşimi Taba və keçmiş mədəniyyət və islam maarifləndirməsi naziri Mustafa Ağa Mirsəlim yer alıb.

Aparılan sorğulara əsasən Həsən Ruhani və İbrahim Rəisi qələbəyə daha yaxın görünür. Onlara qələbə üçün səslərin 50%-dən çoxunu toplamaq lazımdır. Əgər lazımı səs toplanmasa, seçkilərin ikinci turu keçiriləcək. Bu zaman sadəcə birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

Xatırladaq ki, bir neçə gün öncə əsas namizədlərdən biri Məhəmməd Bağır Qalibaf İbrahim Rəisiyə dəstək üçün öz namizədliyini geri götürmüşdü. (“Qaynarinfo”)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz