Avrasiya Birjaları Federasiyası baş ofisini İstanbuldan Yerevana köçürür

Xəbərin çap versiyası
Tarix: 19-05-2017, 10:58
Avrasiya Birjaları Federasiyası baş ofisini İstanbuldan Yerevana köçürür


Avrasiya Birjaları Federasiyası (Federation Euroasia Security, FEAS) baş ofisini İstanbuldan Ermənistanın paytaxtı Yerevana köçürür.

SİVİL.AZ xəbər verir ki, FEAS prezidentinin və Misirin birja sədri Məhəmməd Omranın federasiya üzvlərinə ünvanladığı məktubda mayın 16-sı Tehranda keçirilən növbədənkənar ümumi toplantıda təşkilatın baş ofisinin İstanbuldan Yerevana köçürülməsi ilə bağlı qərar qəbul edildiyi bildirilib.

Birja iştirakçılarının bəziləri Türkiyənin qurduğu federasiyanın baş ofisinin Ermənistana köçürülməsini uğursuz addım kimi dəyərləndirib. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz