Culian Assanj yenidən həbs edilə bilər

Xəbərin çap versiyası
Tarix: 19-05-2017, 16:01
Culian Assanj yenidən həbs edilə bilər


Wikileaks-in banisi Culian Assanj Ekvadorun Londondakı səfirliyini tərk edərsə, həbs olunacaq.

SİVİL.AZ xəbər verir ki, xəbər verir ki, bu barədə Britaniya polisi məlumat yayıb. “Vestminsterin magistrat məhkəməsi 2012-ci il iyunun 29-da məhkəməyə gəlmədiyinə görə Culian Assanjın həbsinə order verib. Əgər o, səfirliyi tərk edərsə, paytaxt polisi bu orderi icra etməyə borcludur” – Skotlend-Yard-ın bəyanatında belə deyilir.

Xatırladaq ki, bu gün səhər İsveç prokuroru Mariann Ny Culian Assanjın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarıb və məhkəməyə onun həbsi barədə əvvəllər verilmiş orderin ləğv olunmasını tövsiyə edib.

2010-cu ildə Stokholmda iki qadına seksual təcavüzdə ittiham olunan Assanj həmin ilin dekabrında İsveç hüquq mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və yeddi ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz