Teleskoplar kosmosda yığılacaq
Tarix: 20-05-2017, 00:00
Beynəlxalq Kosmik Stansiya göyərtəsində üçölçülü printer hüququna malik “Made In Space” şirkəti orbitdə obyektlərin quraşdırılması üzrə unikal aparat yaradıb. “Archinaut” adlanan qurğu böyük “3D” printeri və elastik kosmik manipulyatoru vahid blokda birləşdirir.
SİVİL.AZ AZƏRTAC-a istinadla bildirir ki, şirkətin baş direktoru Endryu Raşın sözlərinə görə, yeni aparatın oxşar qurğulardan fərqi onun kosmosda böyük obyektləri yığa bilməsindədir ki, onları da kosmosa yığılmış və ya sökülmüş vəziyyətdə göndərmək qeyri-mümkündür.
Məlumata görə, belə obyektlərə qabaritlərinə görə raketin ön müqavimət sipərində yerləşdirilən orbital teleskoplar aid edilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər