Donald Tramp: İsrail və Fələstin sülhə nail ola bilər

Xəbərin çap versiyası
Tarix: 24-05-2017, 00:00
Donald Tramp: İsrail və Fələstin sülhə nail ola bilər


ABŞ Prezidenti Donald Tramp hesab edir ki, israillilərlə fələstinlilər uzun müddət davam edən qanlı münaqişəni nizamlayaraq sülhə nail ola bilərlər.

SİVİL.AZ xəbər verir ki, Donald Tramp bu fikri İsrailə və Fələstinə səfərinin yekunlarını şərh edərkən səsləndirib. “Sülh bağlamaq asan olmayacaq və tərəflər çətin qərarlar qəbul etməlidir”, - deyə ABŞ prezidenti bildirib.

Tramp, həmçinin hər zaman İsrailin yayında yer alacağını deyib və iki ölkə arasında ittifaqın sarsılmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq turnesi çərçivəsində İsrailə və Fələstinə səfər edib. O, əvvəlcə İsrail Prezidenti Reuven Rivlin və Baş nazir Binyamin Netanyahu, sonra isə Fələstin lideri Mahmud Abbasla görüşüb. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz