Rusiyada baş redaktor qətlə yetirilib
Tarix: 25-05-2017, 11:26
Rusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb.
SİVİL.AZ-ın xəbərinə görə, Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb.
Faktla bağlı cinayət işi başlanıb. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər