Moskvada terror TƏHLÜKƏSİ: Saxlanılanlar var

Xəbərin çap versiyası
Tarix: 25-05-2017, 16:51
Moskvada terror TƏHLÜKƏSİ:


Moskvada nəqliyyat obyektlərində terror aktları törətməyi planlaşdıran 4 nəfər saxlanılıb.

SİVİL.AZ xəbər verir ki, saxlanılanlar İŞİD terror qruplaşmasına mənsub olub.

Onların rusiyalı və Mərkəzi Asiya ölkələrinin vətəndaşları olduğu barədə məlumat verilib.

Axtarış zamanı həmin şəxslərdə müxtəlif partlayıcılar, odlu silah və sursatlar, ekstremist ədəbiyyat və videoyazılar aşkar edilib.

Bu şəxslərin terror aktları törətdikdən Suriyaya getməyi planlaşdırdığı məlum olub. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz