Ermənistanda hökuməti devirməyə çağırış edildi - Aksiyalar başladı
Tarix: 25-05-2017, 17:23
Bir qədər öncə “Vardaşen” həbsxanasından azadlığa buraxılan Volodya Avedisyan hökümət binası qarşısında oturaq aksiyaya başlayıb.
SİVİL.AZ-ın verdiyi xəbərə görə, Avedisyan və döyüşçü dostları cəzaçəkmə müəssisələrində mövcud problemləri önə çəkərək ədliyyə nazirliyinin səlahiyyətlərini icra edən şəxslə görüş tələb edir.
V. Avedisyan ictimaiyyəti küçələrə çıxmağa və hökuməti devirməyə çağırıb: “Azadlıq tələbləri ilə yanaşı, hakimiyyətə qarşı mübarizə aparacam. Hakimiyyət dəyişikliyini tələb edirəm və hər kəsi mənə qoşulmağa çağırıram. Hökümət binası qarşısında gecələyəcəm və bütün hüquqlar uğrunda mübarizə aparacam”.
Avedisyan və tərəfdarları aksiyaya özləri ilə "Ədalətdən ədalət" adlı şüar yazılmış plakatlar gətiriblər.
Qeyd edək ki, 2013-cü ilin sentyabrında həbs edilən və 2014-cü ilin yayında 6 il azadlıqdan məhrum edilən Avedisyan bu gün verilən əfvlə "Vartaşen" həbsxanasından azadlığa buraxılıb. (AzVision.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər