Rusiyada azərbaycanlılar qəzaya düşdü

Xəbərin çap versiyası
Tarix: 25-05-2017, 23:52
Rusiyada azərbaycanlılar qəzaya düşdü


Rusiyada KamAZ markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub.

SİVİL.AZ xəbər verir ki, hadisə Novorossiyskdə gecə saatlarında baş verib.

Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz