Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi - FOTO

Xəbərin çap versiyası
Tarix: 26-05-2017, 23:32
Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi -


Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycanın milli bayramı – Respublika Günü münasibəti ilə Moskvada keçirilən tədbirdə iştirak edib.

SİVİL.AZ xəbər verir ki, tədbirlə bağlı təəssüratlarını "Facebook" səhifəsində bölüşən Zaxarova Azərbaycan xiyarından xoşunun gəldiyini yazıb:

“Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilən tədbirdə iştirak etdim. On dəqiqəlik gəlmişdim, lakin bir saatdan sonra getdim. Səfir Polad Bülbüloğlu məni plov və digər nemətlərlə dolu masaya dəvət etdi. Tədbiri tərk edəndə özümlə xiyar və gilas götürdüm. Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”. (AzVision.az)

Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz