Moskvada terror törətməyi planlayan 4 nəfər yaxalandı

Xəbərin çap versiyası
Tarix: 26-05-2017, 23:37
Moskvada terror törətməyi planlayan 4 nəfər yaxalandı


Rusiya paytaxtında terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.


SİVİL.AZ xəbər verir ki, bu ittihamla məhkəmənin qərarı ilə 4 nəfər həbs edilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti məhkəməyə müraciət edərək mayın 25-də saxlanılan Məhəmmədyusif Aşurov, Furkat Kuşayev, Abduşükür Gülmirzəyev və Maqomed Davudovun həbsini tələb edib.

Bu gün məhkəmə qərarı ilə onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya və Mərkəzi Asiya vətəndaşlarından ibarət qruplaşmasının üzvləri Moskvanın nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətməyi planlaşdırıb. Bildirilir ki, onlara İŞİD-lə əlaqəli suriyalılar rəhbərlik edib. (Modern.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz