Rusiyadan Türkiyə uçan təyyarə təcili eniş edib

Xəbərin çap versiyası
Tarix: 28-05-2017, 14:34
Rusiyadan Türkiyə uçan təyyarə


Rusiyanın Moskva şəhərindən Türkiyənin Dalaman şəhərinə uçan təyyarə Krasnodarda təcili eniş edib.

SİVİL.AZ-ın verdiyi məlmata görə, təcili enişə səbəb iki sərnişin arasında yaranan mübahisə olub.

"Bu gün saat 05:30-da Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan təyyarə təcili eniş edib. Təyyarədən mübahisə edən 2 sərnişin çıxarılıb. Sonradan məlum oldu ki, sərnişinlərdən biri sərxoş olub", - məlumatda deyilir.

Xəbərdə deyilir ki, hHazırda 2 sərnişin polis şöbəsindədir, baş vermiş faktla bağlı araşdırma aparılır. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz