ABŞ müdafiə naziri: “NATO Rusiya üçün təhlükə kəsb etmir”
Tarix: 28-05-2017, 21:41
“NATO Rusiya üçün təhlükə kəsb etmir”.
SİVİL.AZ-ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis CBS telekanalına müsahibəsində bəyan edib.
“NATO Rusiya üçün təhlükə kəsb etmir. Bunu Moskvada gözəl anlayırlar. Bu gün Rusiyanın gələcəyi Avropa ilə bağlı olmalıdır. Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər. Mən bunu başa düşmürəm”, deyə C.Mettis qeyd edib.
Onun sözlərinə görə, Rusiya NATO-ya qarşı strateji rəqib yolunu seçib. ABŞ-ın müdafiə naziri həmçinin bildirib ki, əgər Şimali Koreya ilə müharibə baş versə, bu hamı üçün fəlakət olacaq. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər