Merkeldən pivə qonaqlığında ilginc sözlər: "İngiltərəyə və ABŞ-a etibar etməyin"

Xəbərin çap versiyası
Tarix: 29-05-2017, 12:34
Merkeldən pivə qonaqlığında ilginc sözlər: "İngiltərəyə və ABŞ-a etibar etməyin"


Almaniya kansleri Angela Merkel dünən seçki kampaniyası çərçivəsində Münhendə çıxış edib və qeyd edib ki, daha İngiltərə və ABŞ-a etibar edə bilmərik.

SİVİL.AZ xəbər verir ki, Angela Merkel çıxışında "Artıq başqalarına bel bağladığımız günlər geridə qalıb, öz gələcəyimizi özümüz müəyyənləşdirməliyik, bunları bir neçə gün əvvəl öz gözlərimlə gördüm" deyib.

Merkel NATO sammiti və "Böyük yeddilik" ölkələri ilə görüşdən sonra bu nəticəyə gəlib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iqlim dəyişikliyinə insan fəaliyyətinin səbəb olmadığını iddia edir və görüşlərdə 2015-ci ildə imzalanmış Paris razılaşmasından çıxmaqla bağlı yekun qərar verəcəyini bildirib.

Merkel həmçinin bildirib ki, Fransada hakimiyyətə gələn Emmanuel Makronla əlaqələr onlar üçün vacibdir və Rusiya ilə əlaqələri daha da gücləndirmək lazımdır. ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz