Tiflisdə keçirilən NATO PA-nın sessiyası başa çatıb

Xəbərin çap versiyası
Tarix: 29-05-2017, 14:51
Tiflisdə keçirilən NATO PA-nın sessiyası başa çatıb


Tiflisdə keçirilən NATO PA-nın yaz sessiyası başa çatıb.

SİVİL.AZ-ın məlumatına görə, sessiyanın sonuncu gene keçirilən plenar iclasda bir sıra tövsiyə xarakterli qərarlar və Gürcüstanın bu təşkilata inteqrasiyasını dəstəkləyən bəyannamə qəbul edilib.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti komitə iclaslarında ölkəmizin sosial-iqtisadi inkişafı, regionda reallaşdırdığı qlobal enerji və infrastruktur layihələri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkün problemi barədə ətraflı məlumat veriblər. Nümayəndə heyətinin üzvləri sessiya müddətində səsləndirilmiş erməni yalanlarına da tutarlı cavablar veriblər.

Plenar iclasda gündəliyin əsas məsələsi olan Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası məsələsi də xüsusi müzakirə olunub.

NATO PA prezidenti Paolo Alli, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş naziri Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze və başqaları çıxış ediblər.

Çıxışlarda dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, Gürcüstan Silahlı Qüvvələrində, ölkədə həyata keçirilən islahatlardan danışılıb. Bildirilib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz