Karaulov: "Putini öldürmək istəyən oturub Bakının 42 kilometrliyində..."

Xəbərin çap versiyası
Tarix: 30-05-2017, 02:00
Karaulov: "Putini öldürmək istəyən oturub Bakının 42 kilometrliyində..."


“Biz Putinə qarşı 6 sui-qəsd cəhdi barədə heç nə bimirik. Heç nə! Belə sui-qəsdlərdən biri barədə “Həqiqət anı” verilişində Azərbaycan prezidenti Heydər Əliyev və Azərbaycan DTK rəhbəri Namiq Abbasov danışmışdılar”, - bunu “Arqumentı i Faktı” qəzetinə müsahibəsində Rusiyada məşhur televiziya verilişi olan “Həqiqət anı”nın yaradıcısı və aparıcısı Andrey Karaulov deyib.

SİVİL.AZ xəbər verir ki, Karaulov müsahibəsində bildirib: “Bakı. 2002-ci il. Killerin Putini öldürəcəyi bombanı nümayiş etdirirlər. Killer sağdır. Ömürlük cəza çəkir, düşərgədədir. Müsahibə verməyə hazırdır. Lakin heç bir Rusiya jurnalisti qatillə müsahibəyə yazılmayıb. O, mümkün qədər yaxına gəlib özünü Putinlə birlikdə partlatmalı idi.

Qatil indi də Bakının 42 kilometrliyində cəzasını çəkməkdədir. Və indiyə kimi heç kim ondan soruşmayıb: “De, Rusiya Federasiyasının prezidentini öldürməyi sənə kim əmr etmişdi?” Müsahibə üçün bir dənə də sifariş yoxdur”. (Virtualaz.org)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz