11 yaşlı qız ona təcavüz edən kişi ilə evləndi - Amerikada

Xəbərin çap versiyası
Tarix: 30-05-2017, 20:37
11 yaşlı qız ona təcavüz edən kişi ilə evləndi -


ABŞ-ın Florida ştatında bir qadın 11 yaşında təcavüzə məruz qaldığı kişi ilə evlənib. Şerri Conson adlı qadın illər sonra başına gələn olayın detallarını açıqlayıb.

SİVİL.AZ bildirir ki, Şerri Conson ailəsi ilə birlikdə getdiyi kilsədə 4 dəfə zorlanıb. 10 yaşında hamilə qaldıqda isə ailəsinin istəyi ilə ona təcavüz edən, özündən yaxşca böyük şəxslə evlənib.

9 uşağı olan Conson onlara baxa bilmək üçün məktəbə getməyib. Consonun hekayəsi Floridada uşaq evliliklərinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin hazırlanmasına təkan verib. Lakin qanun layihəsi üst komitəyə qədər çıxa bilməyib.

2011-ci ildə aparılan araşdırmaya əsasən ABŞ-da 16 yaşından aşağı evləndirilən qızların sayı 9,4 milyondur. Həmin araşdırma nəticəsində məlum olub ki, qadınların böyük əksəriyyəti psixoloji problemlərə görə müalicə olunur. (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz