Obama kirayə qaldığı evi 8 milyona aldı

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 11:54
Obama kirayə qaldığı evi 8 milyona aldı


ABŞ-ın sabiq dövlət başçısı Barak Obama və həyat yoldaşı Mişel prezidentlik müddəti bitdikdən sonra Vaşinqtonun dəbdəbəli rayonunda kirayə qaldıqları evi 8,1 milyon dollara alıblar.

SİVİL.AZ xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Sabiq prezident və xanım Obamanın ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha ağlabatandır", — deyə Obamanın nümayəndəsi Kevin Lyuis telekanala bildirib.

Məlumata görə, evdə 9 yataq otağı və 8 vanna otağı var. ("Report")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz