Litva prezidenti: Rusiya başlıca problemdir

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 14:08
Litva prezidenti: Rusiya başlıca problemdir


Litva prezidenti Dalya Qribauskayte Rusiyanı Baltik ölkələri üçün başlıca problem adlandırıb.

SİVİL.AZ-ın məlumatına görə, Litva prezidenti bu fikrini Rusiyanın sərhəd bölgələrində daha çox hərbi təlimlər keçirməsi ilə əlaqələndirib.

Prezident xanım qeyd edib ki, Rusiyanın hərbi təlimləri getdikcə daha aqressiv xarakter alır. D.Qribauskayte əlavə edib: “Bu amil bizi hərbi qüvvəmizi daha da möhkəmləndirməyə məcbur edir”. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz