Daha bir ölkəyə homoseksual baş nazir rəhbərlik edəcək

Xəbərin çap versiyası
Tarix: 2-06-2017, 23:16
Daha bir ölkəyə homoseksual baş nazir rəhbərlik edəcək


İrlandiyanın yeni baş naziri Leo Varadkar seçilib.

SİVİL.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, hindistanlı miqrant ailədən olan 38 yaşlı Leo Varadkar İrlandiyanın hakim partiyası tərəfindən seçilib və 66 yaşlı Enda Kennini əvəzləyib. Leo Varadkar ölkənin bu günə qədər seçilmiş ən gənc baş naziridir. O, həmçinin katolik İrlandiyada ilk homoseksual baş nazir statusunu da qazanmış oldu.

Qeyd edək ki, 2013-cü ildən Lüksemburqa rəhbərlik edən baş nazir Xavier Bettel də homoseksualdır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz