Oruc tutan həkimlər yaralıya baxmaqdan imtina etdi, xəstə öldü

Xəbərin çap versiyası
Tarix: 3-06-2017, 12:02
Oruc tutan həkimlər yaralıya baxmaqdan imtina etdi, xəstə öldü


Pakistanda oruc tutan həkimlər yaralıya tibbi yardım göstərməkdən imtina ediblər, nəticədə isə həmin şəxs ölüb.

SİVİL.AZ bildirir ki, Lent.az-ın məlumatına görə, oruclu həkimlərin xəstəyə baxmaqdan imtina eləməsinin səbəbi isə onun kanalizasiya işçisi olduğu üçün üstünün çirkli olması olub.

30 yaşlı İrfan Masif 3 iş yoldaşı ilə birlikdə kanalizasiya təmizləyirmiş. Bu zaman onun ürəyi gedib. Təcili yardım vasitəsilə xəstəxanaya aparılan İrfan Masifə çirkli olduğu üçün həkimlər müdaxilə etməyib. Bunun nəticəsində 30 yaşlı kanalizasiya işçisi dünyasının dəyişib.

Ölən şəxsin anası mətbuata açıqlamasında bildirib ki, həkimlər oruc tutduğu üçün üst-başı çirkli olan oğluna tibbi yardım göstərməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz