Rusiyada güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb

Xəbərin çap versiyası
Tarix: 4-06-2017, 13:46
Rusiyada güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb


Rusiyanın Tver vilayətinin Konakovsk rayonunda bağçılıq dərnəyində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb.

SİVİL.AZ-ın məlumatına görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Konakovsk rayonunun Redkino qəsəbəsində hadisə yerinə baxış zamanı yaxınlıqdakı evin qarşısındakı avtomobillərin birinin yük yerində üzərində güllə yarası olan qadın aşkarlanıb.

Qeyd edək ki, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub. Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə qayıdaraq oradakı insanlara atəş açıb. İlkin məlumatda 6 kişi və 2 qadının güllələnərək öldürüldüyü bildirilmişdi. Qatil saxlanılıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz