Azərbaycanda təhsil alan türk həkimin bədbəxt etdiyi qızın son halı hamını təəccübləndirdi - FOTO

Xəbərin çap versiyası
Tarix: 5-06-2017, 11:16
Azərbaycanda təhsil alan türk həkimin bədbəxt etdiyi qızın son halı hamını təəccübləndirdi -


Adanada özünü həkim kimi qələmə verən qadın saç ustasına dodaq silikonu etdirən və ciddi problem yaşayan tibb bacısı Merve Keleş son fotolarını paylaşıb.

SİVİL.AZ xəbər verir ki, 22 yaşlı tibb bacısı Merve Keleşin həyatı dodaq əməliyyatından sonra alt-üst olub. Hətta, bir müddət Merve dodaqlarını itirmə təhlükəsi ilə də üz-üzə qalıb.

Keleş 2 ay yarım öncə bir dostunun vasitəsilə internetdə özünü estetik mütəxəssisi kimi qələmə verən saç ustası Soner G. ilə tanış olur. Bu tanışlıqdan sonra Merve sol alt dodağındakı anadangəlmə qüsuru aradan qaldırmaq üçün dodağını qalınlaşdırmaq istəyir. Azərbaycanda təhsil aldığını iddia edən Soner isə əvvəlcə 500 türk lirəsinə dodağa gel, 1 həftədən sonra gel əridiyi üçün min türk lirəsinə silikon vurur. Klinikası təmirdə olduğu üçün əməliyyatı evdə həyata keçirəcəyini deyən saç ustası 12 aprel tarixində işə başlayır.

Əməliyyatdan sonra Mervenin dodaqları şişməyə başlayır və qız dodaqlarını itirmə təhlükəsi ilə üzləşəndə xəstəxanaya müraciət edir. 2 ay ərzində xəstəxanada müalicə alan və bir neçə əməliyyat keçirən Merve sağlam dodaqlarına qovuşub. Sosial şəbəkədə yeni fotosunu paylaşan Merve yazıb: "Buradayam və yaşayıram. Həyat budur, qarşımızısa müxtəlif çətinliklər və səhvlər çıxarır. Mən də bunun öhdəsindən gəlirəm. Hələ gülə bilirəm. Hər yeni günə şükr edirəm. Olmayan hadisələrə üzülmürəm. Çünki alın yazısına inanıram. Allaha sığınıram və xarici görünüşümü yox, ruhumu sevirəm. Qəlbi gözəl olan heç bir göz məni çirkin görməz". ("Ölkə.Az")

Azərbaycanda təhsil alan türk həkimin bədbəxt etdiyi qızın son halı hamını təəccübləndirdi -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz