Ömrünün sonuna 1 ay qaldığı bildirilən sürücü özünü xərçəngdən müalicə etdi – Ən sadə üsulla - VİDEO

Xəbərin çap versiyası
Tarix: 5-06-2017, 11:51
Ömrünün sonuna 1 ay qaldığı bildirilən sürücü özünü  xərçəngdən müalicə etdi –


Rusiya Federasiyası Barnaul sakini, 47 yaşlı Vladimur Luzayevə həkimlər mədəaltı vəzinin dördüncü dərəcəli bəd xassəli şişi diaqnozunu qoyanda o, şoka düşmüşdü.

SİVİL.AZ Rusiyanın REN.TV kanalına istinadla bildirir ki, həkimlər bu vəziyyətdə onun ən çox 1 ay yaşayacağını bildirmişdilər. Uzun səfərlər yolçusu olan, sürücü işləyən Vladimir Luzayev isə ölmək yox, bu xəstəliyə qalib gəlmək, yaşamaq istəyirdi. Xərçəngin adı ağır olsa da, o özünü toplayıb kompüter qarşısına keçdi. Xərçəng şişinin mahiyyətini öyrənməyə çalışdı. Bu barədə ətraflı məlumat topladı. İtaliyalı onkoloq Somaçininin paylaşdığı sadə reseptə inandı və itiriləsi heç nəyin olmadıını düşnüərək özü özünü müalicəyə başladı. Resept çox sadə idi: çay sodası, çətənə yağı.

“Xərçəng göbələk xəstəliyidir. Xərçəngin immuniteti zəifləmiş bədəndə və turşuluğun çox olduğu mühitdə inkişaf etdiyini öyrəndim. Sodanı 60 dərəcə qaynar suda həll edərək yeməkdən yarım saat öncə içməyə başladım. Səhər yeməyi olaraq bal və çətənə yağı qatılmış yulaf sıyığı yeyirdim. Hər gün günorta saatlrında 10 damla pereks içirdim. Saat 6-dan sonra heç nə yemək olmazdı”, - deyə o bildirir.

Artıq bir ay sonra həkimlər xərçəng şişinin 2 mm kiçildiyini söylədilər. Budur, artıq 3 il keçib və Vladimirdə xərçəng şişinin izi-tozu qalmayıb. O, yaşamağa davam edir. Həkimlər bu məsələyə skeptik yanaşırlar, elmi əsasının olmadığını söyləyirlər. Amma bu da var ki, “həyatın bitdi“ deyilən bir insan son çarədən, son ümiddən yapışaraq hal-hazırda yaşamağa davam edir.

"Xərçəng müalicə olunandır. Sadəcə, bu o qədər ucuz üsuldur ki, heç kim inanmaq istemir. Ümidinizi üzməyin", - deyə Vladimir bütün xərçəng xəstələrinə müraciət edir.

İlhamə



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz